21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.
Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq.
Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar. //Report
Mənbə: redaktor.az