"Sabah" - "Hapoel" oyununda ikinci qol - VİDEO/YENİLƏNİB

"Sabah" - "Hapoel" oyununda ikinci qol - VİDEO/YENİLƏNİB

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.

Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.

20:55

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.

Matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

20:45

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.

Mənbə: publika.az