“Bayern Münhen”in baş direktoru Yan-Kristian Driesen hücumçu Maykl Olisenin 2027-ci ilin yayından sonra komandada qalacağına söz verib-verməyəcəyinə dair suala cavab verib.
“Sport1-Doppelpass” Driesenin sözlərini sitat gətirib:
“Futbolda vədlər vermək çətindir. Onu uzunmüddətli saxlaya biləcəyimizi yayda yenidən müzakirə edəcəyik”.
Ötən yay mediada “Real”ın Olisa ilə maraqlandığı bildirilirdi. Lakin 2026-cı ilin iyun ayında “kral klubu” rəsmi açıqlama yayaraq oyunçu və ya onun ətrafındakılarla hər hansı danışıqları təkzib etdi.
Futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Mənbə: publika.az