AFFA İntizam Komitəsi dörd klubu cərimələdi

AFFA İntizam Komitəsi dörd klubu cərimələdi

Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən oyunlarda sarı vərəqə limitini aşan 4 klub AFFA İntizam Komitəsinin qərarı ilə ümumilikdə 2 800 manat məbləğində cəriməyə məruz qalıb.

Bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, sentyabrın 4-də baş tutan "Kəpəz" - "Şamaxı" qarşılaşmasında Gəncə təmsilçisinin 6, qonaq komandanın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 700 manat ödəməli olacaq.

Sentyabrın 6-da keçirilən "Turan Tovuz" - "Sumqayıt" matçında da oxşar vəziyyət qeydə alınıb. Meydan sahiblərinin 5, sumqayıtlıların isə 6 oyunçusunun sarı vərəqə alması nəticəsində hər iki kluba 700 manat cərimə tətbiq edilib.

Mənbə: oxu.az