Yamal ilin ən yaxşı gənc oyunçusu mükafatına namizəd oldu

Yamal ilin ən yaxşı gənc oyunçusu mükafatına namizəd oldu

2026-cı ilin ən yaxşı gənc futbolçusu adına namizədlər müəyyənləşib.

“Qol.az”a istinadla xəbər verilir ki, "France Football" jurnalı mükafata 10 namizədin adını açıqlayıb.

Siyahıda Kerim-Səm Alaybeqoviç (“Zalsburq”/“Yuventus”), Ayub Buaddi (“Lill”/“Mançester Siti”), Pau Kubarsi (“Barselona”), Yan Diomande (“Leyptsiq”/“Real”), Lennart Karl (“Bavariya”), Eli Krupi (“Bornmut”), Lamin Yamal (“Barselona”), Yohann Manzambi (“Frayburq”/“Aston Villa”), İbrahim Maza (“Bayer”) və Uorren Zair-Emeri (PSJ) yer alıb.


Qeyd edək ki, ötən il bu mükafatın qalibi “PSJ”nin futbolçusu Desir Due olub.

2026-cı ilin qalibi oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatlandırma mərasimində açıqlanacaq.

Mənbə: bizim.media