Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçiriləcək.
Gecənin əsas qarşılaşmalarında "Barselona" klubu İspaniyada Niderlandın "Feyenoord", Portuqaliyanın "Sportinq" klubu isə Türkiyənin "Qalatasaray" komandasını qəbul edəcək.
Azərbaycanda azarkeşlər "Barselona" - "Feyenoord" oyununu Bakı vaxtı ilə saat 20:45-də "CBC Sport" TV-də, "Sportinq" - "Qalatasaray" qarşılaşmasını isə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı oyunu İtaliyada olacaq - "Napoli" "Arsenal"ı qəbul edəcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək "Napoli" - "Arsenal" matçı İctimai TV-də yayımlanacaq.
UEFA Çempionlar Liqası
I tur
9 sentyabr
20:45, "Barselona" - "Feyenoord" ("CBC Sport" TV)
23:00, "Sportinq" - "Qalatasaray" ("CBC Sport" TV)
23:00, "Napoli" - "Arsenal" (İctimai TV)
Mənbə: oxu.az