“Qızıl top”a namizədlərin son reytinqi

“Qızıl top”a namizədlərin son reytinqi

“Bayern”in hücumçusu Harri Keyn ötən mövsümün nəticələrinə görə “Qızıl top” mükafatına əsas namizəd hesab olunur.

Bu barədə “The Athletic” məlumat yayıb.

8 sentyabrda, mövsümün ən yaxşı futbolçusu mükafatına namizəd olan 30 nəfərin hamısının adı açıqlandı.

“The Athletic” mükafata namizədlərin siyahısını tərtib edib. Siyahıya Keyn başçılıq edir, onu Münhen klubundakı komanda yoldaşı Maykl Olise izləyir. Üçüncü yerdə isə ötən mövsüm “Mançester Siti”də oynamış və hazırda “Barselona”nı təmsil edən Rodri qərarlaşıb.

“Qızıl top”a 10 əsas namizəd:

10.Lionel Messi (“İnter Mayami”);

9.Cud Bellinqem (“Real Madrid”);

8.Luis Dias (“Bayern”);

7.Lamin Yamal (“Barselona”);

6.Xviça Kvaratsxeliya (PSJ);

5.Erlinq Haaland (“Mançester Siti”);

4.Kilian Mbappe (“Real Madrid”);

3.Rodri (“Mançester Siti”);

2 Maykl Olise (“Bayern”);

1.Harri Keyn (“Bayern”).

Mənbə: publika.az