İsmail Kartal "Fənərbağça" klubunun baş məşqçi vəzifəsindən istefa verib.
Bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında 1:1 hesabı ilə nəticələnən "Fənərbağça" - "Roma" oyunundan sonra istefa verib.
"Bir daha əsla geri qayıtmamaq şərti ilə istefa verirəm. Bu gecə oyunçularıma təşəkkür edirəm", - deyə o bildirib.
Mənbə: oxu.az