Antalya Böyükşəhər Bələdiyyəsinin sədr müavini Büşra Özdəmir güləş yarışında qalib gələn idmançıları alınlarından öpməsi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.
O bildirib ki, "bu cür uğurlarda bu cəsur kişilər alnından öpülməyə layiqdirlər".
"Onlar da öz növbəsində bələdiyyə sədrinin əlindən öpürlər. Həmin gün qarşımızda iki gənc güləşçi var idi. Onlardan biri, təxminən 18-19 yaşlarında, böyük uğurla mübarizə apardı. Türkiyədə ilk dəfə keçiriləcək Prezident Kubokunda baş güləşçi kateqoriyasında səkkiz güləşçi iştirak edəcək. O, 10 ildir güləş edən baş güləşçilər arasında həmin turnirə vəsiqə qazanan ilk şəxsdir. Bu, böyük bir nailiyyətdir. Onun adı Yusuf İslam Taşdır. Digəri Can Ergendir. Bu, bir il davam edən güləş liqasıdır. Can 8 mərhələni məğlubiyyətsiz başa vuran güləşçi idi. O, çox ciddi çətinliklər və məşəqqətlər yaşadı. Gənclərimiz, idmançılarımız adlarını güləş tarixinə qızıl hərflərlə yazdırdılar. Onlar məğlubiyyətsiz bir çempionluq qazandırdılar. Bu cür nailiyyətlərdə o cəsur kişilər alnından öpülməyə layiqdirlər. Onlar, həmçinin, böyüklərinin əlini öpürlər. Tənqid edənlər nə mənim iş etikamı poza, nə bu idman növünə verəcəyim dəstəyin qarşısını ala, nə də ürəyimi incidə bilərlər", - deyə Özdəmir qeyd edib.
Mənbə: unikal.az