“Sumqayıt” futbol klubu Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb.
25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli forma ilə çıxış edəcək.
Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Po” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina-Faso millisində isə 9 oyun keçirib.
Mənbə: qafqazinfo.az