“Dembeleni istedadlı futbolçu sayıblar, məni isə seçilmiş” - Komanda yoldaşına sataşdı

“Dembeleni istedadlı futbolçu sayıblar, məni isə seçilmiş” - Komanda yoldaşına sataşdı

“Real Madrid”in hücumçusu Kilian Mbappe Fransa milli komandasındakı komanda yoldaşı, PSJ-nin ulduzu Usman Dembele haqqında qalmaqallı bəyanatla çıxış edib.

Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Nəşr yazır ki, keçən il “Qızıl top”u qazanan və bu il də Mbappe ilə birgə namizədlər sırasında yer alan Dembele haqqında “Real”ın vingeri sərt danışıb:

“Dembeleni həmişə istedadlı futbolçu sayıblar, məni isə seçilmiş. Mən gənc yaşlarımdan zirvəyə çatdım. Onun karyerası zədələrə görə fərqli alındı, amma buraxdığı boşluğu yaxşı doldura bildi”.

Usman Dembele isə Mbappenin iddialı sözlərinə belə cavab verib:

“Xeyr, mən həmişə belə olmuşam – partanın ən arxasında oturub çox çalışan biri. Bütün karyeram boyu artıq söz deməmişəm, sadəcə işləmişəm. Bəli, mən heç vaxt seçilmiş olmamışam, amma zəhmətimin mükafatı olaraq PSJ-də möhtəşəm bir mövsüm keçirdim. Görək bu il nə olacaq”.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Mbappe karyerası ərzində hələ bir dəfə də olsun bu nüfuzlu mükafatı qazanmayıb.

Mənbə: qafqazinfo.az