Maldininin narkotik testi müsbət çıxıb? - “Kalyari” bəyanat yaydı

Maldininin narkotik testi müsbət çıxıb? - “Kalyari” bəyanat yaydı

“Kalyari” hücumçusu Daniel Maldininin avtomobil qəzasından sonra alkoqol və narkotik testlərindən keçməməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Daha əvvəl “Milan”ın keçmiş oyunçusu Paolo Maldininin oğlunun Milanda avtomobil qəzasına düşdüyü və alkotester testindən keçə bilmədiyi bildirilmişdi. Qəza nəticəsində altı nəfər xəsarət alıb. Bir zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib, digər beş nəfər isə xəstəxanaya aparılıb.

“Kalyari” klubu son saatlarda İtaliya mediasında yayılan xəbərlərdən sonra Daniel Maldininin toksikoloji testlərdən keçdiyini açıqlayıb. Bütün testlərin cavabı mənfi çıxıb.

” Football Italia”nın “Kalyari”dən sitat gətirdiyi məlumata görə, oyunçu komandaya qayıdacaq və qarşıdakı oyundan əvvəl məşqlərə qoşulacaq.

Xatırladaq ki, 25 yaşlı Maldini 12 sentyabr şənbə günü İtaliya çempionatının səfər matçında komandasının qələbə qolunu vuraraq “Atalanta”ya (2:1) qalib gəlməsinə kömək etmişdi.

“Kalyari”nin növbəti oyunu sentyabrın 19-da səfərdə “Udineze” ilə olacaq.

Mənbə: publika.az