Ronaldo bu tarixdə “Əl-Nəsr”i tərk edə bilər

Ronaldo bu tarixdə “Əl-Nəsr”i tərk edə bilər

Dünyaşöhrətli futnolçu, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2027-ci ilin yanvarında Səudiyyə klubunu tərk edə bilər.

Bu barədə insayder Səud Əl-Sarami məlumat verib.

“Düşünürəm ki, Ronaldo yanvar ayında “Əl-Nəsr”dən ayrılacaq”, - deyə Əl-Sarami bildirib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından bəri “Əl-Nəsr”də çıxış edir. Bu müddət ərzində o, karyerası ərzində vurduğu qolların sayını 979-a çatdırıb. Futbolçu həmçinin milli komandalarda vurulan qolların sayına görə dünya rekorduna sahibdir. 41 yaşlı portuqaliyalı oyunçu 2003-cü ildəki debütündən bəri keçirdiyi 233 matçda 146 qol vurub.

Mənbə: qafqazinfo.az