"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da

"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da

“Tottenhem”dən ayrılan Mali millisinin yarımmüdafiəçisi İva Bissuma “Ayaks”a keçib.

29 yaşlı futbolçu Amsterdam təmsilçisinə azad agent kimi qoşulub. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bissuma 2022-ci ildən “Tottenhem”də çıxış edib. O, ötən yay müqaviləsinin müddəti başa çatdıqdan sonra London klubunu tərk edib.

Mali millisinin üzvü daha əvvəl “Brayton”, “Lill” və “Marsel”in də formasını geyinib.


Mənbə: unikal.az