"Trabzonspor" yeni baş məşqçisini açıqladı

"Trabzonspor" yeni baş məşqçisini açıqladı

Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Klub alman mütəxəssis Tomas Raysla anlaşdığını bəyan edib. O, bu postda Fatih Tekkeni əvəzləyib.

Xatırladaq ki, "Trabzonspor" Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.


Mənbə: unikal.az