Bekhem “Qızıl top”a əsas namizədini açıqladı

Bekhem “Qızıl top”a əsas namizədini açıqladı

“İnter Mayami”nin sahibi Devid Bekhem komandanın argentinalı hücumçusu Lionel Messinin bu il “Qızıl top” mükafatını qazanmalı olduğunu bildirib.

“All About Argentina” jurnalı Bekhemin sözlərini sitat gətirib:

“Messi “Qızıl top”u qazanmalıdır. O, mübahisəsiz olaraq Dünya Kubokunun ən yaxşı oyunçusu idi və keçən il inanılmaz bir il keçirdi. Dünya Kubokunda göstərdiyi təsiri qorumaq üçün… 39 yaşında heç kim bunu bu səviyyədə edə bilməz”.

“İnter Mayami” Meksika təmsilçisi “Kruz Asul”u 2-0 hesabı ilə məğlub edərək Kampeones Kubokunu qazanıb. Messi qələbə qolunu vurub və ikinci qolda Kazemiroya məhsuldar ötürmə edib.

Messinin “Kruz Asul”a vurduğu qol onun “İnter Mayami”də vurduğu 100-cü, karyerasında isə 929-cu qol olub. O, MLS tarixində bütün yarışlarda (115 oyun) klubu üçün 100 qolu ən tez vuran futbolçu olub.

Müəllif: Tural

Mənbə: publika.az