İspaniya çempionu “Barselona” mövsümü ardıcıl 7 qələbə ilə başlayaraq və 33-dən çox qol vuraraq 111 illik klub rekordunu təkrarlayıb.
Bu barədə “MisterChip” məlumat yayıb.
Bildirilib ki, “Barselona” 1915/1916-cı illər mövsümündə mövsümün ilk 7 matçında qalib gəlmişdi. Həmin vaxt Cek Qrinvelin rəhbərlik etdiyi kataloniyalı komanda 44 qol vurmuşdu.
İspaniya çempionatının 6-cı turunda “Barselona” “Racing” klubunu 7:2 hesabı ilə məğlub edib və 18 xalla turnir cədvətinə başçılıq edir.
Hüseyn İbadlı
Mənbə: publika.az