Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7-8 oktyabr
“Marafon” – “Dinamo”
“Qaradağ Lökbatan” – “Şəki”
“Şirvan” – “Kür-Araz”
“Ağdaş” – “Hypers”
“Şəmkir" – “Ağstafa Gəncləri”
“Difai” – “Zəngəzur”
II təsnifat mərhələsi
27-29 oktyabr
MOİK – “Şahdağ Qusar”;
“Şimal” – “Araz-Naxçıvan”;
“Kəpəz” – “Baku Sportinq”;
“Səbail” – “Zirə”;
“Qəbələ" – “Mingəçevir”;
“Xankəndi” - "Gəncəbasar";
“Şamaxı”- “Ağdaş”/ “Hypers” cütünün qalibi;
“Şəfa” – “Şəmkir”/ “Ağstafa Gəncləri” cütünün qalibi;
“Karvan-Yevlax” - "Difai”/ “Zəngəzur” cütünün qalibi;
“Zaqatala” – “Marafon”/ “Dinamo” cütünün qalibi;
“İmişli” – “Qaradağ Lökbatan” / “Şəki” cütünün qalibi;
“Sumqayıt” – “Şirvan” / “Kür-Araz” cütünün qalibi.
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.
Mənbə: qafqazinfo.az