Misli Premyer Liqasında 6-cı tur davam edir.
İkinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, “Turan Tovuz” isə 8 xalla 5-cidir.
Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Bakı təmsilçisi 12 xalla turnir cədvəlində 3-cü, bölgə klubu isə 4 xalla 8-cidir.
Misli Premyer Liqası VI tur
19 sentyabr
17:30. “Turan Tovuz” - “Zirə”.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu.
19:45. “Sabah” - “İmişli”.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
“Bank Respublika Arena”.
Mənbə: qafqazinfo.az