Cerrard: Bu, uşağın karyerasına zərər verə bilər...

Cerrard: Bu, uşağın karyerasına zərər verə bilər...

İngiltərə millisinin sabiq kapitanı Stiven Cerrard “Mançester Yunayted”in 15 yaşlı hücumçusu “Körpə Messi” ləqəbli Cey Cey Qabrielin klubdan tələsik ayrılmamasını istəyib.

Cerrard bu barədə “TNT Sports”a bildirib.

“Məni narahat edən odur ki, müasir futbolda uşaqlar tələsik və karyeralarını məcburi şəkildə davam etdirilə bilər. Vəziyyətin bütün təfərrüatlarını və şərtlərini bilmirəm, amma o, gənc oyunçuların yetişdirilməsində zəngin tarixə malik dünyanın ən böyük klublarından birində oynayır. Belə istedadların valideynləri, agentləri və həddindən artıq təsir göstərə və işləri tələsdirə bilən digər insanları var. Bu, uşağın karyerasına zərər verə bilər.

Ona pərdəarxası nə deyiblər və ya vəd ediblər, bilmirəm, amma kənardan elə görünür ki, kimsə onu itələyir, tələsməyə məcbur edir. Və düşünmürəm ki, bu, ona kömək edəcək”.

Mənbə: publika.az