Türkiyə Super Liqasının 6-cı həftəsində “Fənərbaxça” doğma meydanda “Eyüpspor”u böyük hesabla məğlub edib.
Kadıköydə keçirilən qarşılaşmada “sarı-göy”lər rəqibinin qapısından 8 top keçirib.
Matç “Fənərbaxça”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbaxça” 5-ci dəqiqədə hesabı açıb. Penaltini dəqiq yerinə yetirən Meyson Qrinvud komandasını önə keçirib. 7-ci dəqiqədə Vedat Muriqi fərqi iki topa çatdırıb. 21-ci dəqiqədə isə Muriqi daha bir dəfə fərqlənərək hesabı 3:0 edib. 38-ci dəqiqədə Matteo Quendouzi “Fənərbaxça”nın dördüncü qolunu vurub. İlk hissənin sonlarında İrfan Can Kahveci hesabı 5:0-a çatdırıb.
İkinci hissə də “Fənərbaxça”nın qolları ilə başlayıb. 47-ci dəqiqədə Muriqi növbəti dəfə fərqlənərək het-trik edib. 55-ci dəqiqədə isə kosovolu hücumçu künc zərbəsindən sonra başla topu qapıya göndərərək komandasının yeddinci qolunu vurub və pokerə imza atıb.
Qarşılaşmada daha bir qolun müəllifi isə Meyson Qrinvud olub.
Mənbə: qafqazinfo.az