Tokayev onu ordenlə təltif etdi

Tokayev onu ordenlə təltif etdi

Qazaxıstan prezidenti tennisçi Yelena Rıbakinanı ordenlə təltif edib.

Qasım-Jomart Tokayev idmançıya 3-cü dərəcəli “Barış” ordenini xüsusi mərasimdə şəxsən təqdim edib.

“Qələbələrinizdən sonra uşaqlarımız tennisə maraq göstərir, çoxlu sayda qeydiyyatdan keçir və çempion olmaq istəyirlər. Siz uşaqlarımız üçün müsbət nümunə göstərirsiniz və bu əladır. Uşaqlarımız idmanla məşğul olmalıdırlar, bu, onların gələcəyi üçün çox vacibdir.

Üç Böyük Dəbilqə qələbəsi tennis salnaməsində əbədi olaraq qalacaq. İnanıram ki, bununla kifayətlənməyəcək və qələbə seriyanızı davam etdirəcəksiniz”, – deyə “Delovoy Kazakhstan” Tokayevin sözlərini sitat gətirib.

2026-cı ildə Rıbakina ABŞ Açıq Çempionatını qazandı və WTA reytinqində birinci yerə yüksəldi.

Mənbə: publika.az