Kriştianu Ronaldonun millidən getməsindən sonra 7 nömrəli formanı Rafael Leao geyinəcək.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ronaldonun baş məşqçi Jorje Jezusla yaşadığı problemdən dolayı yığmadan ayrılmasından sonra onun nömrəsinin də sahibi bəlli olub.
Leao UEFA Millətlər Liqası çərçivəsində bu gün Danimarka yığmasına qarşı Kopenhagendə keçiriləcək matça 7 nömrə ilə çıxacaq.
Mənbə: qafqazinfo.az