"Fənərbağça" Bakıya gəldi

"Fənərbağça" Bakıya gəldi

Yoldaşlıq oyununda "Turan Tovuz"la qarşılaşacaq Türkiyənin "Fənərbağça" komandası Bakıya gəlib.

Azərtac-a istinadən xəbər verilir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Mənbə: publika.az