“Sabah”la oyundan əvvəl hoteldə futbol-tennis oynadılar - Video

“Sabah”la oyundan əvvəl hoteldə futbol-tennis oynadılar - Video

Bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Sabah”la qarşılaşacaq Dortmund “Borussiya”sının oyunçuları Bakıda qaldıqları hoteldə futbol-tennis oynayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi instaqram hesabı paylaşım edib.

Videoda futbolçuların həm futbol-tennis oynadıqları, həm də əyləndikləri yer alıb.

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı Bakı vaxt ilə saat 20:45-də başlayacaq.




Mənbə: qafqazinfo.az