“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın

“Mən xalqın baş məşqçisiyəm” -

Türkiyə milli komandasının baş məşqçisi təyin edilən Sergen Yalçın mətbuat önünə çıxıb.

O, əsas yığmaya təyinatından və planlarından danışıb:

“Bizi belə bir vəzifəyə layiq gördükləri üçün TFF-yə təşəkkür edirəm. Bu gün bəlkə də karyeramın ən vacib günüdür. Hamımız üçün hər şeydən üstün olan bir - Türkiyə millisindən danışırıq. Ümid edirəm ki, bundan sonrakı dövrdə çox uğurlu günlər yaşayacağıq. Birliyə və həmrəyliyə böyük ehtiyacımız olacaq. Ümid edirəm ki, bizi çox gözəl günlər gözləyir”.

O, xalqın baş məşqçisi olduğunu bildirib: “Futbolda bəzən işlər yaxşı, bəzən isə pis gedir. Milli komanda ruhunu ön plana çıxaracağıq. Mən xalqın baş məşqçisiyəm. Bu yolda hər kəsə ehtiyacımız var. Milli komandaya maraq yenidən qayıdacaq. Xalqımız yenidən milli komandanın arxasınca gedəcək.

Bu, asan bir dövr deyil. Qarşıda Avropa çempionatı və dünya çempionatı var. Prezidentimizlə danışarkən bunları nəzərə aldıq. Müddətimiz yalnız buna çatır. Düşünürəm ki, hamımız birlikdə həmin həyəcanı yarada biləcəyik”.

Qeyd edək ki, Sergen Yalçın Türkiyə millisi ilə 4 illik müqavilə imzalayıb.

Mənbə: qafqazinfo.az