Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək futbolçular arasında FİFA Dünya Çempionatı və Festivalında iştirak etmək üçün Bakıya səfər edib.
Bu barədə FİFA rəhbəri özünün "Instagram" hesabında paylaşım edib.
İnfantino onu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfin samimi qarşıladığını bildirib.
"Bütün iştirakçılara uğurlar arzulayıram! Futbolun növbəti dəfə bütün dünyanı bir araya gətirəcəyi bu möhtəşəm həftəni böyük həyəcanla gözləyirəm", - deyə ali futbol qurumunun rəhbəri vurğulayıb.
Mənbə: musavat.com