"Mançester Siti" mövsümün sonunda aşağı liqaya düşəcək - Morqan

"Mançester Siti" mövsümün sonunda aşağı liqaya düşəcək - Morqan

Məşhur televiziya aparıcısı və “Arsenal” azarkeşi Pirs Morqan Premyer Liqada hazırkı durum barədə danışıb.

Mikel Artetanın komandası Premyer Liqanın 8-ci turunda “Everton”u 2-0 hesabı ilə məğlub edərək, xal baxımından lider “Mançester Siti”yə çatıb. “Topçular” qol fərqinə görə “şəhərlilər”dən geri qalır.

Morqan “Arsenal”ın ilk səkkiz turdan sonra ötən mövsümlə müqayisədə daha çox xal toplaması, lakin bir il əvvəl birinci olmasına baxmayaraq, turnir cədvəlində ikinci yerdə olmasına belə münasibət bildirib:

“Xeyr, biz birinciyik. “Siti” mövsümün sonunda turnir cədvəlinin sonuncu pilləsində olacaq və aşağı liqaya düşəcək”.

Xatırladaq ki, Premyer Liqanın müstəqil komissiyası əvvəllər “Mançester Siti”ni 2009-2018-ci illər arasında 114 maliyyə qaydalarını pozmaqda günahkar bilmişdi. Klub hökmlə razılaşmayaraq apelyasiya şikayəti verib.

Mənbə: publika.az