PSJ-nin futbolçusu Xviça Kvaratsxelianın bu həftənin əvvəlində ön çarpaz bağ əməliyyatı keçirəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin məlumatına görə, dəqiq tarix hələlik məlum deyil. Lakin əməliyyatın Qətərdəki Aspetar Tibb Mərkəzində baş tutacağı bildirilir.
Kvaratsxeliya Çempionlar Liqasının üçüncü turunda “Barselona”ya qarşı 4-2 hesablı qələbə qazandıqları oyunda sağ dizindəki ön çarpaz bağı qoparıb. Gürcü hücumçu 59-cu dəqiqədə əvəzlənib. O, 2025-ci ildən PSJ- də oynayır və 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu mövsüm gürcü hücumçu bütün turnirlərdə 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Publika.az
Mənbə: publika.az