“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi

“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi

Türkiyənin “Fənərbaxça” komandası “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa 3 illik müqavilə təklif edib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, litvalı baş məşqçi ilə İstanbul təmsilçisi arasında əlaqələr qurulub və danışıqlar aparılır.

Yaxın günlərdə bu keçidlə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası “Fənərbaxça”nın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyini yazmışdı.

Mənbə: qafqazinfo.az