"Həkim ayağımı kəsməli olduğunu dedi"

"Real"ın müdafiəçisi Ferlan Mendi uşaqlıqda yaşadığı ciddi sağlamlıq problemlərindən danışıb.

Qol.az xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında uşaqlıqda çətin anlar keçirdiyini bildirib: "Ancaq bundan çıxmağı bacardım. U-11 komandası isə başladığım PSJ-də yeddi il keçirdim, amma akademiyaya girməzdən bir müddət əvvəl zədələndim. Baldır artriti və infeksiyam var idi. Buna görə əməliyyata ehtiyac duydum və uzun müddət xəstəxanada qaldım. İki-üç ay gipsdə qaldım. Əməliyyatdan sonra bir həkim yanıma gəldi və bir daha futbol oynamayacağımı söylədi. Hətta ayağımı kəsməli olduğunu da dedi. Bir müddət əlil arabasında və əsa ilə gəzdim. Bundan sonra yenidən yeriməyə başladım.

Dərhal gəzə biləcəyimi düşünürdüm. Çalışdım, əlil arabasından qalxdım, amma dərhal yıxıldım. Bu qədər yerimədiyim və hərəkət etməyə öyrəşmədiyim üçün ayaqlarımda enerji qalmamışdl. Ancaq buna baxmayaraq, həmişə futbolun mənim üçün hələ bitmədiyini düşünürdüm və hamıya qayıdacağımı söyləyirdim.

Çox insan bunun mümkünsüz olduğunu düşünürdü, amma yenə gəzməyi öyrəndim və təxminən ilyarım bud ağrısı ilə oynadım. İki il əvvəl ən yaxşı sol cinah müdafiəçisi seçildim. Hər şey mənim üçün yaxşı alındı".

Qeyd edək ki, Mendi 2019-cu ilin yayında "Lion"dan 48 milyon avroya "Real"a transfer olunub. O, İspaniya çempionatında bu mövsüm 20 matçda iştirak edib və 1 qol vurub.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Macar şirkətləri də azad olunmuş ərazilərdə quruculuq proqramına qoşulmağa hazırlaşır

SONRAKI XƏBƏR

Körpə Əlinin sağlamlığına qovuşmasına kömək edək - FOTO