PSJ-nin gözü "Arsenal"ın futbolçusunda

PSJ-nin gözü "Arsenal"ın futbolçusunda

PSJ heyətinə yeni futbolçu qatmaq istəyir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu "Arsenal"dan Hektor Bellerini transfer etməyi planlaşdırır. 25 yaşlı müdafiəçi özü də bu keçidə müsbət yanaşır. İspaniyalı oyunçunun yayda paytaxt təmsilçisinə transfer olunacağı gözlənilir.

Qeyd edək ki, Bellerin bu mövsüm 22 matça çıxaraq, 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Mənbə: qol.az