“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş “Qırmızı Çempionlar Liqasının dördüncü turunda “Roma” ilə oyunda (3:2) qazanılan qələbəni yüksək qiymətləndirib.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“Bu gün qalib gəlmək vacib idi. Fasilədən sonra azarkeşlərin hələ də bizim tərəfimizdə olduğunu bildik və anladıq ki, bir qol ilə vəziyyəti dəyişə bilərik.
Xoşbəxtlikdən, bunu bacardıq. Azarkeşlər üçün çətin bir dövr oldu, amma onların inamı komandaya kömək edir. Bu gün “Old Trafford”un canlandığı günlərdən biri idi və biz bunu “Roma”ya hiss etdirdik.
Bu klubda hər şey performansdan və nəticələrdən asılıdır. Uzun müddətdir qalib gələ bilmirik və bu, həm azarkeşlər, həm də bizim üçün məyusedici olub. Azarkeşlər qələbələr görmək istəyirlər, onlar bu klubun zirvədə olmasına öyrəşiblər. Hazırkı vəziyyətdən məyusuq, amma ümid edirik ki, bu qələbə yaxşı bir şeyin başlanğıcı olacaq”, – Fernandeş bildirib.
Maykl Kerrikin komandası fasiləyə qədər 0:2 hesabı ilə geridə olub. Bruno penalti ilə fərqi azaldıb, Mateus Kunya isə oyunun sonlarında iki qol vurub.
“Mançester Yunayted” doqquz oyunluq qələbəsiz seriyaya son qoydu. Komanda Çempionlar Liqasında dörd turdan sonra altı xala malikdir və hazırda 17-ci yerdədir.
Mənbə: publika.az