“Barselona” Rafinya ilə müqaviləni uzatdı - Foto

“Barselona” Rafinya ilə müqaviləni uzatdı -

İspaniya çempionu “Barselona” braziliyalı hücumçu Rafinya ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.

29 yaşlı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə 13 oyun keçirib, 19 qol vurub və komandanın ən yaxşı bombardiri olub.

Transfermarkt portalı braziliyalı futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

“Barselona” Rafinya ilə müqaviləni uzatdı - Foto - foto 1


Mənbə: bizim.media