Fransanın “Valensiyen” komandasının azarkeşləri uğursuz çıxışa görə narazılıqlarını qeyri-adi şəkildə ifadə ediblər.
Fransa üçüncü divizionunun 12-ci turunda “Orlean”la ev oyununda azarkeşlər tribunadan sirk musiqisi səsləndiriblər.
Bu, matçın 35-ci dəqiqəsində, ev sahibi komandanın artıq 0-1 hesabı ilə uduzduğu vaxt baş verib. Beləliklə, azarkeşlər mövsümü pis keçirən komandalarının oyununu ələ salıblar.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Valensien” turnir cədvəlində 15-ci yerdədir. Komanda cəmi iki liqa oyununda qalib gəlib və düşmə zonasından bir qədər aralıdır.
Cəmi bir neçə il əvvəl “Valensiyen” Fransanın yüksək divizionunda çıxış edirdi: klub 2006-cı ildən 2014-cü ilə qədər ardıcıl səkkiz mövsüm elitada oynayıb. Komanda 2024-cü ildə üçüncü diviziona düşüb.
Mənbə: publika.az