"Bavariya"nın futbolçusu milli seçimini etdi

"Bavariya"nın futbolçusu milli seçimini etdi

“Bavariya”nın futbolçusu Camal Musiala əsas milli komanda seçimini edib.

Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özü məlumat verib: “Almaniyada oynamağın düzgün qərar olduğunu söyləyən hisslərimi dinlədim. Bu, mənim doğulduğum ölkədir. Yenə də qərar asan deyildi".

Musialanın həm Almaniya, həm də İngiltərə vətəndaşlığı var. O, bundan əvvəl Almaniya U-16, İngiltərənin U-15, U-16, U-17 və U-21 komandalarında çıxış edib.

Qeyd eədk ki, Musiala bu mövsüm Bundesliqada 16 oyunda meydanda olub və 3 qol vurub.

Mənbə: qol.az