Van Deyk məşqlərə başladı - FOTO

Van Deyk məşqlərə başladı - FOTO

"Liverpul"un futbolçusu Vircil van Deyk fərdi qaydada məşqlərə başlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, niderlandlı müdafiəçi uzunmüddətli zədədən sonra ilk dəfə meydanda məşq edib. Onun zədəsini bərpaya davam etdiyi bildirilib.

Qeyd edək ki, van Deyk ötən ilin oktyabrında Premyer Liqanın 5-ci turunda "Everton"la matçda (2:2) zədələnmişdi.

Mənbə: qol.az