"Ayaks"ın məşhur futbolçusu Rusiya klubunda

"Ayaks"ın məşhur futbolçusu Rusiya klubunda

Moskva "Spartak"ı sabiq hücumçusu Kvinsi Promesi geri qaytarıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi Niderlandın “Ayaks” klubundan ayrılıb və keçmiş klubu ilə müqavilə bağlamaq üçün Rusiyaya yollanıb.

Niderlandlı oyunçunun klubla 3.5 illik müqavilə imzalayacağı bildirilir. Lakin “Spartak” hələlik bu transferin detallarını açıqlamayıb.

Qeyd edək ki, Kvinsi Promes 2014-2018-ci illər aralığında "Spartak"da çıxış edib.

Mənbə: offsideplus.az