"Milan" "Qalatasaray"ın futbolçusunu transfer edir

"Milan" "Qalatasaray"ın futbolçusunu transfer edir

İtaliyanın "Milan" klubu "Qalatasaray"ın futbolçusuna "elçi" düşüb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi "cim-bom"un oyunçusu Taylan Antalyalını sıralarına qatmaq niyyətindədir.

"Milan" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, sözügedən futbolçu 2019-cu ildən "Qalatasaray"da çıxış edir.

Əlavə edək ki, Taylanla digər A Seriya klubu "Atalanta" da yaxından maraqlanır.

Mənbə: offsideplus.az