“Qvardiola özümə olan inamı öldürdü"

"Leyptsiq"in müdafiəçisi Anxelinyo "Mançester Siti"dəki dövrü barədə danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiolanı tənqid edib:

“Qvardiola özümə olan inamı öldürdü. PSV-dən "Mançester Siti"yə keçdikdən sonra onun diqqət mərkəzində idim. Pep məni mövsümöncəsi iki yoxlama görüşümdə izlədi və bir daha şans vermədi. Buna görə də "Leyptsiq"ə keçdim. Klubumun ayrılmaz hissəsi olduğu üçün xoşbəxtəm. "Leyptsiq"də ilk gündən etibarən etimad hiss etdim. Klub və məşqçi mənə inanılmaz bir güvən verdi. İndi xoşbəxtəm və ardıcıl oynamaq fürsətim var".

Qeyd edək ki, Anxelinyo 2019-cu ildə PSV-dən Mançester Siti"yə transfer olunub. Müdafiəçi İngiltərə klubunda 6 matçda oynayıb. 2020-ci ildə Angelinyo icarə əsasında "Leyptsiq"ə keçib və bu ay Almaniya təmsilçisi onu birdəfəlik alıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Buz parçası altında qalmaqdan son anda xilas ola bildi - VİDEO

SONRAKI XƏBƏR

Fransada pandemiya dövründə məktəblərdə vəziyyət