"Sabahkı oyunların baş tutması üçün əlimizdən gələni edirik" - PFL rəsmisi

Qarlı hava şəraiti səbəbindən Premyer Liqamızın oyunlarının keçirilib-keçirilməyəcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, hazırda ağ örpəyə bürünən arenaların qardan təmizlənmə prosesi gedir.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat verib.

Qurum rəsmisi Bakıdakı meydançalarla yanaşı, Qəbələ şəhər stadionunda da gərgin işlərin getdiyini bildirib.

O, həmçinin AFFA və PFL-in klubları sabah hər ehtimala qarşı qırmızı topla da təmin edəcəyini vurğulayıb.

Abbasov, hər hansı fors-major hal olmayacağı təqdirdə oyunların baş tutacağını bildirib.

Qeyd edək ki, sabah Premyer Liqamızın 17-ci turu çərçivəsində 4 oyun eyni gündə keçiriləcək.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

AFFA millimizə yeni baş məşqçi gətirdi

SONRAKI XƏBƏR

Bakının bu rayonunda sakinlər susuz qalıb