Təxirə salınmış bir oyunda meydan sahibləri qələbə qazanıb

Futbol üzrə Fransa çempionatında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA xəbər verir ki, günün yeganə matçında “Nim” doğma meydanda “Loryan”la qarşılaşıb.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla üstün olub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Nim” 17-ci pilləyə yüksəlib. "Loryan" isə 23 xalla 19-cu sırada qalıb.

Fransa, Liqa 1

21-ci turun oyunu

24 fevral

Nim - Loryan 1:0

Qol: Ripar, 88-pen.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Avropanın ən fəal vulkanlarından birinin püskürməsinin kosmosdan görüntüsü - FOTO

SONRAKI XƏBƏR

Daşkənddə azərbaycanlı yazıçının romanı özbək dilində çapdan çıxıb