"Real Madrid" Çempionlar Liqasında unikal uğura imza atdı

İspaniyanın “Real Madrid" komandası Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın "Atalanta" komandasına qarşı ilk matçda sonra ÇL-in tarixinə düşüb.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Real Madrid" üçün bu görüş artıq 1992-ci ildə birincilik formatının dəyişməsindən Avropanın əsas klub yarışında 100-cü olub. “Real Madrid” o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib və hər mövsümdə qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Ferlan Mendi vurub.

"Real" həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.

Turnirin formatını dəyişməsinə qədər yarış Avropa Çempionları Kuboku adlanırdı.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Afrikanın ən güclü superkompüteri

SONRAKI XƏBƏR

Dövlət Departamenti: İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ-ın səbri məhduddur