Messi 7-ci dəfə İspaniya La Liqasının ən yaxşı bombardiri olub

Messi 7-ci dəfə İspaniya La Liqasının ən yaxşı bombardiri olub

İspaniya La Liqasının I turdan təxirə salınmış oyunu keçirilib.

"Report" xəbər verir ki, "Barselona" öz meydanında "Elçe"ni qəbul edib. Barselonada "Nou Kamp" stadionunda təşkil olunan matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisini “Barselona”nın argentinalı hücumçusu Lionel Messi vurub.

"Elçe" ilə matçda vurduğu qollar argentinalıya İspaniya çempionatı bombardirlərinin siyahısında birinci yerə yüksəlməyə imkan verib. İndi Lionel Messinin hesabında 18 qol var. Argentinalı "Atletiko"nun hücumçusu Luis Suaresi birinci yerdən sıxışdırıb. Sonuncunun hesabında 16 qol var.

Messi La Liqada ardıcıl 7-ci oyundur fərqlənir. Luis Suares çempionatın son üç turunda rəqib qapısına yol tapa bilməyib.

Lionel Messi 7-ci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub. Suares bir dəfə, 2015/2016-cı illər mövsümündə, "Barselona"nın heyətində bu uğura imza atıb.

Mənbə: www.bizimyol.info