Mourinyo ən yaxşısı idi! - Stiven Cerrard

Mourinyo ən yaxşısı idi! - Stiven Cerrard

“Liverpul”un keçmiş oyunçusu Stiven Cerrard son illərdə “Mançester Yunayted”də çalışmış ən yaxşı məşqçi barədə fikirlərini bölüşüb.

Onun fikrincə, Joze Mourinyo bir nömrəlidir.

“Son beş-altı ildə bir çox məşqçi gəlib-gedir, amma heç biri komandanı dəyişə bilməyib. Düşünürəm ki, Mourinyo ən yaxşısı idi: o, liqada ikinci yeri tutdu və Avropa Kubokunu qazandı. İndiki vəzifə çox çətindir, çünki problemin yalnız baş məşqçi və ya onun köməkçisində olduğunu düşünmürəm”, – deyə “Goal” Cerrardın sözlərini sitat gətirib.

“Problem sabit oynamayan və kluba kifayət qədər kömək etməyən bir qrup oyunçudur. Həmçinin, bir çox idarəetmə problemləri də var. Artıq demişəm ki, “Mançester Yunayted”in bir yox, bir çox problemi var. Düşünmürəm ki, əsas problem Maykl Kerrikdir”, – Cerrard əlavə edib.

Doqquz turdan sonra “Mançester Yunayted” Premyer Liqada 7 xalla 17-ci yerdədir.

Mənbə: publika.az