Araz Abdullayev sonda yada düşdü, komandası...

Araz Abdullayev sonda yada düşdü, komandası...

Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Balıkesirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Araz matçın 87-ci dəqiqəsində meydana buraxılıb.

23 oyundan sonra hesabında 23 xalı olan "Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Mənbə: fanat.az