Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.
İlk oyun günündə Türkiyə evdə Belçika ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Millətlər Liqası, A Liqası
Türkiyə - Belçika - 1:2
Qollar: Arda Güler, 20 – Kevin De Bruyne, 27, Şarl De Ketelare, 30
Qeyd edək ki, bu oyundan sonra Türkiyə millisi 0 xalla qrupun sonuncu, 4-cü pilləsində qərarlaşıb. Xallarını 9-a çatdıran Belçika isə 2-ci sıraya yüksəlib.
Mənbə: bizim.media