Zidanın "Real"ı "Atalanta" ilə oyuna motivasiya etdiyi sözlər üzə çıxdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə "Real" səfərdə "Atalanta"nı məğlub etdi - 1:0.

Qazanılan qələbə dünya nəhənginə heç də asan başa gəlmədi. Rəqibin ilk hissədən azlıqda oynamasına baxmayaraq, Ferlan Mendinin önəmli qolu son dəqiqələrə təsadüf etdi.

Offsideplus.az "El Chiringuito"ya istinadla xəbər verir ki, hələ oyundan əvvəl matçın çətin keçəcəyini anlayan Zinədin Zidan yetirmələrini duelə kökləmək üçün motivasiyalı sözlərdən istifadə edib. Fransız çalışdırıcının məşqdən öncə dedikləri: "Son zamanlar əla futbol sərgiləyirsiz. Bu oyuna Madriddə oynayırmışsınız kimi yanaşın. Matçı qələbə ilə başa vurmaq üçün hər cür keyfiyyətə sahibsiniz. Cütün taleyi iki yox, bir oyunda həll olunacaq. Sabah qələbə qazanan tərəf növbəti mərhələyə yüksələcək. Hamınızın bu düşüncədə olmağınızı istəyirəm. Qalib gəlsək, hədəfin öhdəsindən böyük ölçüdə gəlmiş olacağıq.

Komanda şəklində oynamalıyıq, xüsusən də müdafiə xəttində sayıq davranmağımız olduqca vacibdir. Sizə güvənim sonsuzdur”.

Zidanın güclü psixoloq olduğunu rəhbərliyi altında oynayanlar yaxşı bilir. 2016-17 mövsümündəki Çempionlar Liqasının final qarşılaşmasında “Real” “Yuventus”la oyunda fasiləyə 1:1 hesabı ilə yollansa da, baş məşqçinin 15 dəqiqə ərzində futbolçularına dediklərinin yekunu olaraq “kral klubu” meydanı 4:1 hesablı qələbə ilə tərk etmişdi.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi çevriliş baş tutmadı: Nikol Paşinyan öldürüləcək? - SUİ-QƏSD PLANI...

SONRAKI XƏBƏR

Təhsil Nazirliyi də yeni “tender kralı”nın şirkəti ilə müqavilə bağladı