Xavi 5-ci məşqçi kubokunu qazandı

Xavi 5-ci məşqçi kubokunu qazandı

Xavinin baş məşqçisi olduğu "Əl Sədd" Qətərin Vəliəhd kubokunun sahibi olub.

Qol.az xəbər verir ki, komanda həlledici matçda "Əl-Duhail"iyə 2:0 hesabı ilə qalib gəlib. Bu, Xavinin məşqçi karyerası ərzində 5-ci kuboku, 2-ci Vəliəhd kuboku olub.

Qeyd edək ki, “Barselona”nın keçmiş futbolçusu "Əl Sədd"lə Şeyx Yassim Kuboku, Qətər Ulduz Kuboku və Qətər Əmir Kubokunu da qazanıb.

Mənbə: qol.az