Ad günündə "Bavariya" ilə müqavilə imzaladı

Ad günündə "Bavariya" ilə müqavilə imzaladı

"Bavariya" futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, bu gün 18 yaşını qeyd edən yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. O, yeni sözləşmə ilə ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Musiala bu mövsüm Bundesliqada çıxdığı 16 matçda 3 qol vurub.

Mənbə: qol.az